Biz kimik?
NUR D geniş profilli reklam və dizayn xidmətləri ilə məşğul olan bir şirkətdir. Məqsədimiz təkrarsız və zövqoxşayan reklam işləri ilə müştəriləri razı salmaqdır.
Yerinə yetirilən hər bir işdə peşəkarlıqla yanaşı həm də yeni ideyalar və zövqoxşayan yeniliklər var.
İşlər dəfələrlə yoxlanılır və ancaq yüksək keyfiyyətli olan, eyni zamanda sifarişçinin bütün tələblərinə cavab verən işlər nəticə kimi müştəriyə təqdim olunur.
Görülən bütün işlərdə zamanla sınanmış, yüksək keyfiyyətli nəticələr əldə etməyə imkan verən texniki və proqram təminatından istifadə edilir.
Hazırda şirkətimizdə müasir dövrün tələblərinə cavab verə bilən yüksək keyfiyyətli foto və video teniki avadanlıqları, multimediya disklərinin nüsxələnməsi və onların çoxaldılması, eyni zamanda minipoliqrafiya xidmətləri (RİZO çap avadanlıqları) də müştərilərin xidmətindədir.
Son olaraq bir şeyi deyə bilərik: «REKLAM BİZİM İŞİMİZDİR!»
